Atletika üzrə seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.
21 dekabr 2021 521
Beynəlxalq Olimpiya Komitəsi və Dünya Atletikasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşəbbüsü ilə 2021-2022-ci illər üzrə məşqçilər üçün təşkil edilən beynəlxalq dərəcəli seminar başa çatıb. Seminar iştirakçIlarına sertifikatların təqdimetmə mərasimində çıxış edən MOK-un Marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, 17-20 dekabr tarixlərində Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletika Təşkilatının təsdiq etdiyi beynəlxalq ekspert Oktay Mirzoev (Rusiya Federasiyası) yerli məşqçilər üçün seminar keçirib. MOK-un inzibati binasında baş tutan seminar Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə xidmət edir. Dekabrın 26-dək Azərbaycanda səfərdə olacaq Oktay Mirzoev bölgələrə də səfər edəcək, regionlarda atletika idmanının vəziyyəti, inkişaf dinamikası ilə tanış olacaq. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi, Dünya Atletika Təşkilatının təsdiq etdiyi beynəlxalq ekspert Oktay Mirzoev atletika üzrə strateji yol xəritəsi və inkişaf planı hazırlayacaq.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı