Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslar keçirilir
19 dekabr 2022 973
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən kursun açılış mərasimində şıxış edən Azərbaycan Atletika Federasiyasının Baş katibi Məhərrəm Sultanzadə iştirakçılara kursun əhəmiyyəti haqda məlumat verdi. Bildirildi ki, kursun mühazirəçiləri 1-ci dərəcəli beynəlxalq mühazirəçilər Hakim İbrahimov və Qılınc Əhmədovdur. Kursun proqramına daxil olan nəzəri hissə Milli Olimpiya Komitəsində, praktiki hissə isə Respublika Olimpiya Mərkəzində keçiriləcək. Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslarda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Gəncə, Xaçmaz, İmişli, Mingəçevir, Quba, Qusar və Bakıdan olmaqla ümumilikdə 20 nəfər iştirak edir. Qeyd edək ki, kursun sonunda uğurla imtahandan keçən iştirakçılar 1-ci dərəcəli məşqçilər sertifikatını əldə edə biləcəklər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)



