Anna Başta dünya çempionatının gümüş medalını qazandı
20 iyul 2022 594
Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək dünya çempionatnın 1/16 finalına yüksəlib.Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı 1/8 finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb-15:6
Dünya reytinqinin 1 nömrəsi olan qadın sablyaçımız 1/4 final yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.
Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olan son Avropa çempionu Anna Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək FİE-nin konqresində Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı