Alyona Kolesnik reytinq turnirində bürünc medal qazandı
03 fevral 2023 690
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Yarışın 3-cü günündə 5 güləşçimiz mübarizə aparıb. Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. 59 kq-da iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.
Qadın güləşi
59 kq
1-ci tur: Alyona Kolesnik – Anastasiya Nikita (Moldova) 0:11
2-ci tur: Alyona Kolesnik – Nikolet Sabo (Macarıstan) 4:5
3-cü tur: Alyona Kolesnik – Yui Sakano (Yaponiya) 0:10
4-cü tur: Alyona Kolesnik – Viktoriya Borsos (Macarıstan) 5:0 (tuş)
62 kq
1/8 final: Elis Manolova – Kayla Mirakl (ABŞ) 2:5
Yunan-Roma güləşi
77 kq
Təsnifat mərhələsi: Sənan Süleymanov – Amin Kaviyaninecad (İran) 0:3
87 kq
Təsnifat mərhələsi: Məhəmməd Əhmədiyev – Matey Mandiç (Xorvatiya) 2:1 (tuş)
1/16 final: İslam Abbasov – Damyan Von (İsveçrə) 7:5
1/16 final: Məhəmməd Əhmədiyev – Çenqvu Vanq (Çin) 4:0
1/8 final: Məhəmməd Əhmədiyev – Marsel Sterkenburq (Hollandiya) 1:3
1/8 final: İslam Abbasov – Semen Novikov (Bolqarıstan) 0:8
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı