Xəbərlər

AFFA-ya yeni baş katib təyin olunub

17 mart 2022 789

AFFA-nın İcraiyyə Komitəsinin martın 17-də keçirilmiş iclasında AFFA-nın baş katibi vəzifəsinin indiyədək baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunması ilə bağlı qərar qəbul olunub.
AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.
O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. E.Məmmədov 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tuturdu.