29 oktyabr tarixində Şamaxı Olimpiya Mərkəzinin stadionunda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında reqbi festivalı baş tutacaq
28 oktyabr 2022 531
Yarışda Şuşa, Sumqayıt, Qəbələ və Şamaxı şəhərlərini təmsil edən 5 komanda iştirak edəcək. Festival ölkəmizdə fəaliyyət göstərən reqbi komandalarının oyun təcrübəsinin artırılması, həmçinin yeniyetmələr arasında Azərbaycan çempionatının keçirilməsinə hazırlıq xarakteri daşıyacaq.
Yarış dairəvi sistem üzrə keçiriləcək. Yarış iştirakçıları xüsusi diplomlarla, hər komandanın ən yaxşı oyunçuları isə hədiyyələrlə təltif olunacaqlar. Festivalın təşkilatçıları Azərbaycan Reqbi Federasiyası və Şamaxı Olimpiya Mərkəzidir.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı