26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunan Su polosu üzrə Bakı şəhər turniri keçirildi
27 iyun 2022 575
Azərbaycan Üzgüçülük Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə 26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunan Su polosu üzrə Bakı şəhər turniri keçirib. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə yarışda 6 komandanın tərkibində 100-ə yaxın idmançı öz güclərini sınayıblar. Su polosu idman növü üzrə milli komandanın baş məşqçisi Azər Babayevin açıqlamasına görə yarışın keçirilməsində məqsəd 2006-2007-ci il təvəllüdlü idmanşılardan ibarət milli komandanın avqust ayında qatılacaq dünya çempionatına heyyətin müəyyən olunması idi.
“Turnir çox maraqlı və gərgin keçdi. Yarışlarda Su İdman Sarayının iki komandası, MOİK-in komandası, Gənclər və İdman Nazirliyinin Olimpiya Ehtiyatları Məktənin komandaları iştirak edirdi. Bundan qabaq da 15 iyun Milli Qurtuluş gününə həsr olunan turnirdə məşqçilər heyəti Yunanıstanda keçiriləcək Su pololu üzrə dünya çempionatına yollanacaq heyəti müəyyən etmək üçün idmanşıları nəzərdən keçirdik. Artıq heyət demək olar ki, formalaşdırılıb” deyə Azər Babayev əlavə edib.
Federasiyadan onu da əlavə ediblər ki, turnirin sonunda idmanşılar medallar və diplomlarla təltif olunublar.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı