Xəbərlər

2032-ci il Olimpiya Oyunlarının ev sahibi bilindi

21 iyul 2021 877

2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər məlum olub.

 

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən yarışlar Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

 

Bu, Avstraliyada təşkil olunacaq 3-cü Olimpiadadır. 1956-cı ildə Melburn, 2000-ci ildə Sidney Oyunlara ev sahibliyi edib.

 

Qeyd edək ki, Olimpiada 2024-ü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.