2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının püşkatma mərasimi keçirildi
22 iyul 2018 409
Bu gün 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının texniki iclası və püşkatma mərasimi keçirildi.
Baş hakimin İclasdaAlbaniya, Azərbaycan, Bəhreyn, Beelorusiya, İraq, Qırğızıstan, Libya, Maldiv adaları, Mozanbik, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Tacikistan, Türkiyə. Və Uqandadan gələn idmançılar iştirak ediblər.
İlki olaraq iclas Bakı 2018 Beynəlxalq Tennis Çempionatının tədbir direktoru Mehman Kərimovun iştirakçıları salalmlaması ilə başladı. Daha sonra iclasın meneceri Vaqif Əliyev idmançı və məşqçilərin nəqliyyat, qidalanma və yerləşmə məsələləri üzrə sualları cavablandırdı.
Texniki iclasın rəhbəri və çempionatın baş hakimi Ahmet Sert tərəfindən idmançıların qruplara bölünməsi, püşkatma və nəticələrinin paylanması haqqında məlumatlar təqdim olundu.
Baş hakimin verdiyi məlumata əsasən Çempionatda 18 qız və 23 oğlan iştirak edecək.
Xatırladaq ki. 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatı 23-27 iyul 2018-ci tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək. Çempionat Azərbaycan Respublikası Mili Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyasının memorandumuna əsasən həyata keçirilir.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı