09 yanvar 2020 –ci il tarixində İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi baş tutub.
10 yanvar 2020 441
![](/news/WhatsApp-Image-2020-01-10-at-11.04.32-AM.jpeg)
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcək. Yekaterina Ryabova 11 və 13 yanvar tarixlərində hazır etdiyi proqram üzrə çıxış edərək Azərbaycanın idman şərəfini qoruyacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov daxildir.
![](https://sos-ch-dk-2.exo.io/nocaze/uploads/2020/01/WhatsApp-Image-2020-01-10-at-11.04.25-AM.jpeg)
Yarışlar 22 yanvar 2020-ci il tarixinədək davam edəcək.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı