XXV Yay Olimpiya Oyunları

Barselona İspaniya

25 iyul - 09 avqust

İştirak etmiş ölkələr - 169 

İdman növləri - 32

Yarışların sayı - 257 

İdmançıların sayı - 9367

2
0
0

1992-ci ildə keçirilən XXV Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişib. 1991-ci ilin sonunda SSRİ dağılıb. Onun tərkibinə daxil olan müttəfiq respublikalar müstəqillik qazanıblar. Bu dövlətlər  Barselona Olimpiadasında Müstəqil Dövlət Birliyi olaraq çıxış ediblər. 

 

Barselona Olimpiadasının 1992-ci il iyulun 25-də keçirilən açılış mərasimində MDB ölkələrinin ümumi komandası BOK-un bayrağı və birlik üzvü olan respublikaların 12 bayrağı ilə stadiona daxil olub. Üçrəngli Azərbaycan bayrağı altında 5 idmançı - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı) və Valentina Popova (tennis) gedib.

 

İdmançılarımız arasında ilk qızıl medalı Nazim Hüseynov qazanıb. Bu, Azərbaycan idmanının tarixində əlamətdar bir hadisə idi. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırılıb və müstəqil dövlətimizin himni səslənib. Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında olimpiadanın qızıl medalını əldə edib. İdmançımız şəxsi birincilikdə daha bir medal – bürünc qazanıb.

İdman gimnastikası Kişi komanda hesabı 1992
Cüdo Kişi cüdo 60kq. 1992
Ağır atletika Kişi ağır atletika 62kq. 1992
Basketbol Kişi basketbol 1992
Qılıncoynatma Kişi rapira 1992
Atıcılıq Kişi stend atıcılığı 1992
Cüdo
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • İdman gimnastikası
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Qılıncoynatma
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Stolüstü tennis
  • Kişilər

    1

  • Qadınlar

    0

  • Cəmi

    1

  • Atıcılıq
  • Kişilər

    0

  • Qadınlar

    1

  • Cəmi

    1