Avropa Gənclər Olimpiya Festivalı

Utrext Hollandiya
14 iyul - 19 iyul
2013-cü ildə Hollandiyanın Utrext şəhərində keçirilən Yeniyetmələrin XII Yay Olimpiya Festivalında Avropanın 49 ölkəsindən 3300 idmançı mübarizə aparıb. Yeniyetmələr idmanın 9 növü - basketbol, velosiped (şose), voleybol, həndbol, cüdo, atletika, üzgüçülük, idman gimnastikası və tennis üzrə qüvvələrini sınayıblar.
İdmançılarımız Utrextdə 2 qızıl, 1 bürünc medal qazanıblar. Cüdoçumuz Elnur Abbasov bu yarışda qızıl medala layiq görülüb. Daha bir cüdoçumuz - Hidayət Heydərov (60 kq) festivalın bürünc medalını əldə edib. Yeniyetmə idmançımız Nazim Babayev isə üçtəkanla tullanma yarışlarında rəqiblərinə heç bir şans verməyərək festivalın qızıl medalına layiq görülüb. O, üçtəkanla 15,53 sm məsafəyə tullanmaqla bu növ üzrə rekordçu, Belqrad-2007-nin iştirakçısı Ənvər Zeynallıdan cəmi 3 sm geri qalıb. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 18-ci pillədə yer alıb.
Medalçılar
Atletika | Kişi üçtəkanla tullanma | 2013 |