Trabzon-2011

Trabzon Türkiyə

23 iyul - 29 iyul

Avropa Gənclər Olimpiya Festivalı

1
2
0

Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalı 2011-ci il iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Trabzonda idmançılarımız altı idman növü üzrə (cüdo, atletika, idman gimnastikası, velosiped, üzgüçülük, tennis) yarışlarda öz qüvvələrini sınayıblar.

 

Trabzonun ev sahibliyi etdiyi Olimpiya Festivalında ölkəmizi 35 idmançı təmsil edib. Yarışda Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudin Dadaşov (73 kq) qızıl, digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medala layiq görülüblər. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 23-cü pillədə yer alıb.