Avropa Gənclər Olimpiya Festivalı
![](/uploads/1617542810.858281_2001 Murcia.jpeg)
Mursiya İspaniya
22 iyul - 26 iyul
Yeniyetmələrin Mursiyada təşkil olunan növbəti yarışında 48 ölkənin yeniyetmə atletləri 11 idman növü üzrə qalib adı uğrunda mübarizə aparıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq), Samir Sərkərov (81 kq) isə bürünc medala layiq görülüblər. Yığmamız ümumi hesabda 30-cu pillədə qərarlaşıb.