III İslam Həmrəyliyi Oyunları

Palembanq İndoneziya

22 sentyabr - 01 oktyabr

İştirak etmiş ölkələr - 56

İdman növləri -18

6
9
9

Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatılıb. Respublikamız bu dəfə 54 idmançı ilə 9 idman növü (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağırlıqqaldırma və kamandan oxatma) üzrə təmsil olunub. 

 

22 sentyabrda İndoneziyada III İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində Azərbaycanın dövlət bayrağını ağır atlet İntiqam Zairov daşıyıb.

 

Oyunlarda iştirak edən idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub.  Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazanıb. Əfqan Bayramov, İntiqam Zairov və Silviya Anqelova gümüş, Zülfüqar Süleymanov və Namiq Cəmilov isə Palembanqdan Azərbaycana bürünc medalla dönüb.

 

Ağır atletlərlə yanaş karateçilərdə uğurla çıxış edib.  Rəfael Ağayev və Ayxan Mamayev qızıl medala yiyələnib. Niyazi Əliyev və Şahin Atamov finalda məğlub olaraq gümüş medala sahib olublar. Şəxsi yarışlarla yanaşı komanda yarışlarında da Azərbaycan  uğurla çıxış edib. Asiman Qurbanlı, Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamov, Rafiz Həsənov və Rəfael Ağayevdən ibarət yığma finalda İran İslam Respublikasının nümayəndələrini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Kamandan oxatma idman növündə Roman Vengerov, Aleksey Kopnin və Zaur Qəhrəmanovdan ibarət yığma isə gümüş medal qazanıb. Taekvondo idman növündə mübarizə aparan 8 idmançıdan 4-ü - Mikayıl Əliyev (54 kq), Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq) bürünc medal, Günay Ağakişiyeva (57 kq) isə gümüş medal əldə edib.

 

 

Üzgüçülük Kişi üzgüçülük 2013
Karate Kişi karate 75kq. 2013
Karate Kişi karate 84kq. 2013
Karate Kişi komanda 2013
Karate Kişi karate 67kq. 2013
Karate Kişi karate 84kq. 2013
Atletika Kişi çəkicatma 2013
Atletika Qadın qaçış 2013
Taekvondo Qadın taekvando 49kq. 2013
Üzgüçülük
  • Kişilər

    1

  • Qadınlar

    1

  • Cəmi

    2

  • Tennis
  • Kişilər

    2

  • Qadınlar

    1

  • Cəmi

    3

  • Uşu
  • Kişilər

    3

  • Qadınlar

    0

  • Cəmi

    3

  • Badminton
  • Kişilər

    4

  • Qadınlar

    0

  • Cəmi

    4

  • Kamandan oxatma
  • Kişilər

    3

  • Qadınlar

    1

  • Cəmi

    4

  • Taekvondo
  • Kişilər

    5

  • Qadınlar

    3

  • Cəmi

    8

  • Ağır atletika
  • Kişilər

    6

  • Qadınlar

    3

  • Cəmi

    9

  • Karate
  • Kişilər

    8

  • Qadınlar

    2

  • Cəmi

    10

  • Yüngül atletika
  • Kişilər

    6

  • Qadınlar

    4

  • Cəmi

    10