Belqrad-2007

Belqrad Belarus

21 iyul - 28 iyul

Avropa Gənclər Olimpiya Festivalı

7
0
0

2007-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında idmançılarımız atletika, cüdo, velosiped idmanı, tennis, üzgüçülük, stolüstü tennis növlərində mübarizə aparıblar. Yeniyetmələrimiz bu festivalda uğurla çıxış edərək 7 qızıl (cüdo - 4, atletika - 3) medal qazanıblar.

 

Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda “ən yaxşı atlet” adına layiq görülüb.

 

Atletika yarışlarında Ramil Quliyev 100  və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız 37 dövlət arasında 6-cı olub.