Sərbəst güləşçimizə Paris-2024-ün bürünc medalı təqdim edildi
11 avqust 2024 2922
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində sərbəst güləş yarışlarının ikinci günündə medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə üçüncü yeri tutan güləşçimiz Giorgi Meşvildişviliyə (125 kq) Paris-2024-ün bürünc medalı təqdim edilib.
Qeyd edək ki, 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranı məğlub edərək Paris-2024-ün bürünc medalına sahib çıxıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 ... Ətraflı
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı


