BOK tarixində ilk qadın prezident seçildi
20 mart 2025 1782
Martın 20-də Yunanıstanın Kosta Navarino şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sessiyasında səsvermənin ilk turundan sonra BOK-un tarixində bir ilkə imza atılıb.
Zimbabveli Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 10-cu prezidenti seçildi. O, BOK tarixində ilk qadın prezident olub. Kirsti Koventri prezidentliyə namizəd olan Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti) və Şahzadə Faysal əl-Hüseyni (BOK-un İcraiyyə Şurasının üzvü) qabaqlayıb.
BOK-un yeni seçilmiş prezident Koventri qeyd edib: "Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilmək mənim üçün inanılmaz bir şərəf və həyəcandır! Üzv həmkarlarıma etibarlarına və dəstəyinə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. İllər əvvəl Zimbabvedə ilk dəfə üzməyə başlayan gənc qız heç vaxt belə bir anı xəyal edə bilməzdi. Mən xüsusilə fəxr edirəm ki, BOK-un ilk qadın prezidenti, eləcə də Afrikanın ilk nümayəndəsiyəm. Ümid edirəm ki, bu səsvermə bir çox insana ilham verəcəkdir."
Sonra Kirsti Koventri çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. "İdman hər kəs üçün birləşmək, ilham vermək və imkanlar yaratmaq üçün misilsiz bir qabiliyyətə malikdir və bu gücdən tam istifadə etməyimiz üçün əlimdən gələni edəcəyəm. İdmançılarımız, azarkeşlərimiz və sponsorlarımız da daxil olmaqla bütün Olimpiya ailəsi ilə birlikdə dostluq, mükəmməllik və hörmət dəyərlərini müdafiə edəcəyik. Olimpiya Hərəkatının gələcəyi parlaqdır və başlamaq üçün səbirsizlənirəm!", - deyə Kirsti Koventri qeyd edib.
Seçkidən sonra BOK prezidenti Tomas Bax Kirsti Koventrini BOK-un 10-cu prezidenti seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu olan Kirsti Koventri növbəti 8 il müddətində quruma rəhbərlik edəcək. O, iyunun 24-dən etibarən yeni vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq. Həmin vaxta qədər isə komitəyə BOK-un ömürlük fəxri prezidenti seçilən Tomas Bax rəhbərlik edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 ... Ətraflı
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
