Azər Əliyev: "MDB Oyunları 2025-ci ildə Azərbaycanda layiqincə təşkil olunacaq"
05 avqust 2023 1890
“MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək”.
MOK BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MDB ölkələrinin II Oyunlarının açılışı ərəfəsində “Xatın” memorial kompleksində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanda idman tədbirlərinin keçirilməsində artıq yaxşı təcrübə var: "Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, daha çox regionları daxil edək. Bütün qonaqlarımızı təəccübləndirəcəyimizə inanıram”.
Baş katib 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarına qatıldığını bildirib: "Bu oyunlar təşkilatçılıq və idman proqramı baxımından çox yüksək səviyyədə keçirildi. Demək olar ki, bütün yarışların keçirildiyi yerlərdə olduq. Minskdə olan zaman burada çoxlu idman obyektlərini gördüm. Belarus idman ölkəsidir".
“MDB oyunları artıq ikinci dəfədir keçirilir. Hesab edirəm ki, oyunlar daha da populyarlaşacaq. Burada əsasən gənc idmançılar çıxış edir və bu, onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı yaradır. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”, - A.Əliyev bildirib.
Azərbaycan komandası say baxımından üçüncü yerdədir - oyunlara 16 idman növünü təmsil edən 177 idmançı qatılıb.
Bənzər xəbərlər
Avarçəkənlərimiz "Prezident Kuboku-2024"də bürünc medal qazandılar
Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə ... Ətraflı
Avarçəkənlərimiz "Prezident Kuboku-2024" beynəlxalq reqatasında daha bir medal qazandılar
Avarçəkənlərimiz "Prezident Kuboku-2024" beynəlxalq reqatasında daha bir medal qazandılar
Azərbaycan avarçəkənləri ... Ətraflı